Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Naməlum bədheybət insanları QORXUYA SALDI - FOTO

Naməlum bədheybət insanları QORXUYA SALDI - FOTO

Tarix: 24 Fevral 2020 22:04

İngiltərədə, Humberside Hava limanının yaxınlığında qəribə üç metr boyu olan bir məxluq insanları qorxuya salıb.

Milli.Az xəbər verir ki, bu barədə məlumatı "The Hull Daily Mail" yayıb.

Şahid McFinch, bu qorxunc məxluqun hava limanının yaxınlığındakı magistral yolda görüb. Daha sonra həmin bədheybətə yaşlı bir cütlük də rast gəlib.  

İlk anda McFinch, bu heyrətamiz məxluqu, kabus sanıb. Çünki onun rəngi çox qara, gözləri isə parıltılı olub.

Ertəsi gün maraq üçün o, yenidən hadisə yerinə qayıtmağa qərar verib. Ancaq bu dəfə o, magistral yolda bir maralın parçalanmış cəsədinin hissələrini tapıb. O, yolda olan heyvan qalıqlarını çəkərək, sosial şəbəkədə paylaşıb. Güman edilir ki, heyvan bədheybət tərəfindən parçalanıb. (ölkə.az)

Milli.Az


Etiketlər:  Naməlum bədheybət insanları QORXUYA SALDI FOTO


RƏYLƏR