Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

28 May - Respublika Günü Tacikistanda qeyd olunub (FOTO)

28 May - Respublika Günü Tacikistanda qeyd olunub (FOTO)

Tarix: 23 May 2019 13:06

Bakı. Trend:

Azərbaycanın Tacikistandakı Səfirliyi tərəfindən 28 May - Respublika Günü və ölkəmizin diplomatik xidmət orqanlarının 100 illiyi münasibətilə Düşənbə şəhərində rəsmi qəbul təşkil edilib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, təntənəli mərasimdə Tacikistanın dövlət rəsmiləri, deputatlar, görkəmli ziyalılar, ölkə ictimaiyyətinin tanınmış simaları, diplomatik korpusun, beynəlxalq təşkilatların və kütləvi informasiya vasitələrinin nümayəndələri, yazıçılar birliyinin üzvləri, həmçinin bu ölkədə yaşayan və işləyən azərbaycanlılar iştirak edib

Azərbaycan Xalq Cümhuriyyətinin 101-ci ildönümü münasibətilə keçirilən tədbir həm də Azərbaycan diplomatik xidmət orqanlarının 100 illiyinin qeyd edildiyi tarixə təsadüf edib.

Tədbirdə çıxış edən səfir Həsən Məmmədzadə qədim və zəngin dövlətçilik ənənələrinə malik olan xalqımızın tarixində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının mühüm əhəmiyyət kəsb etməsi ilə bərabər müsəlman şərqində ilk demokratik respublikanın beynəlxalq aləmdə tanıdılmasında və müasir müstəqil Azərbaycan dövlətinin qurulmasında milli diplomatiyanın rolunun da bir o qədər mühüm yer tutduğunu qeyd edib.

H.Məmmədzadə 1919-cu il iyul ayının 9-da Azərbaycan Xalq Cümhuriyyəti Xarici İşlər Nazirliyinin Katibliyinə dair müvəqqəti təlimatın qəbul edildiyini əsas tutaraq 2007-ci il avqustun 24-də Prezident İlham Əliyev tərəfindən hər il iyulun 9-nun Azərbaycan Respublikası diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd edilməsi haqqında sərəncam imzaladığını diqqətə çatdırıb. Səfir qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyəti yarandığı gündən demokratiya və bərabərlik prinsiplərinə əsaslanmış, bütün vətəndaşlara eyni hüquqlar verərək milli, dini, irqi və sinfi bərabərsizlikləri aradan qaldırıb.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən formalaşdırılan xarici siyasət strategiyası ilk növbədə ölkəmizin milli maraqlarının aydın və dəqiq şəkildə müəyyən edilməsini, bərabərhüquqlu, daxili işlərə qarışmamaq və qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri əsasında qonşu dövlətlər və dünya birliyi ilə mehriban münasibətlərin qurulmasını özündə ehtiva edib.

Səfir əlavə edib: "Sovet İttifaqının dağılmasından sonra yenidən müstəqillik əldə edən Azərbaycanın ilk illərdə müharibə və xaosla üzləşdi. Nəticədə 20 faiz torpaqlarımızın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olundu. Bir milyondan artıq qaçqın və məcburi köçkünümüz yarandı. 1993-cü ildə ümummilli lider Heydər Əliyevin xalqın istəyi və tələbi ilə hakimiyyətə qayıdışı nəticəsində müstəqil, suveren Azərbaycanın dinamik inkişafının əsasının qoyuldu. Bu gün də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən böyük müdriklik, qətiyyət və cəsarətlə həyata keçirilən düzgün diplomatiya sayəsində Azərbaycan bu gün Qafqazın ən qüdrətli dövlətinə, həmçinin dünya miqyasında sözü və mövqeyi olan dövlətə çevirilib".

Daha sonra Azərbaycan ilə Tacikistan arasında münasibətlərin və əməkdaşlığın tarixi köklərə söykəndiyi, ölkələrimizin regional və beynəlxalq təşkilatlarlar çərçivəsində daim qarşılıqlı dəstək verdikləri və hər iki prezident arasında dost münasibətlərin mövcud olduğu qeyd edildi. Həmçinin hökümətlərarası komissiyanın növbəti iclasının Düşənbədə keçiriləcəyi vurğulanıb.

Fəxri qonaq qismində çıxış edən Türkiyə Respublikasının xarici işlər nazirinin müavini Saidzoda Zohir Azərbaycan xalqını Tacikistan hökuməti adından Respublika Günü və Azərbaycan diplomatik xidmət orqanlarının 100 illiyi münasibətilə təbrik edib. Azərbaycan xalqına və dövlətinə daha böyük uğurlar arzulayıb. Nazir müavini Tacikistan-Azərbaycan münasibətlərindən məmnunluğunu ifadə edərək, bundan sonra da müxtəlif sahələrdə ikitərəfli münasibətləri genişləndirmək üçün geniş imkanların olduğunu qeyd edib.

Sonda Azərbaycan mədəniyyətini, tarixi abidələrini, milli mətbəxini əks etdirən video görüntülər nümayiş etdirilib.

Tədbirin rəsmi hissəsindən sonra qonaqların şərəfinə ziyafət verilib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Respublika Günü Tacikistanda qeyd olunub FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ