Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu ilin ötən dövründə artıq 600-dək əlilliyi olan şəxs özünüməşğulluq proqramına cəlb olunub (FOTO)

Bu ilin ötən dövründə artıq 600-dək əlilliyi olan şəxs özünüməşğulluq proqramına cəlb olunub (FOTO)

Tarix: 23 May 2019 14:00

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən özünüməşğulluq proqramına cəlb edilənlər arasında digər həssas qruplarla yanaşı, əlilliyi olan şəxslərə də üstünlük verilir.

Nazirlikdən Trend-ə verilən məlumata görə, cari ilin ötən dövründə artıq 600-dək əlilliyi olan şəxs proqram çərçivəsində təlimlərə cəlb edilib.

Təlimləri uğurla başa vuran və qiymətləndirmə zamanı biznes-planları müsbət dəyərləndirilən şəxslərin, o cümlədən əlilliyi olan insanların seçdikləri iqtisadi fəaliyyət növləri üzrə aktivlərlə (mal və materiallarla) təminatı həyata keçiriləcək. Bu da onların kiçik ailə təsərrüfatlarını qurmalarına imkan verəcək.

Hazırda işsiz və işaxataran vətəndaşların özünüməşğulluq proqramına cəlb edilməsi işləri davam etdirilir. Cari ildə 10 minədək şəxsin proqramda iştirakının təmin edilməsi nəzərdə tutulub.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  ilin ötən dövründə artıq dək əlilliyi olan şəxs özünüməşğulluq proqramına cəlb olunub FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ