Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Fevral 2020 18:06
25 fevral 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan arasında keçirilmiş görüşdə Türkiyə Respublikasından Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası istiqamətində yük nəqliyyat vasitələrinin və vətəndaşların hərəkətində yaranan məhdudiyyətlər müzakirə edilib.
Dövlət Sərhəd Xidmətindən Sonxeber.net-a verilən məlumata görə, mövcud vəziyyətlə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən cənab Rəcəb Tayyib Ərdoğan qarşısında məsələ qaldırılıb, Türkiyə Respublikasının Prezidenti tərəfindən Türkiyə Respublikasının "Dilucu" dövlət sərhədindən buraxılış məntəqəsindən yük nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına "Sədərək" dövlət sərhədindən buraxılış məntəqəsindən buraxılmalarına dair Türkiyə Respublikasının aidiyyəti dövlət orqanlarının rəhbərlərinə göstərişlər verilmiş və 26 fevral 2020-ci il tarixdə, saat 15:10 radələrindən etibarən yük nəqliyyat vasitələrinin buraxılışları bərpa edilib.