Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Real" Mbappedən imtina edir, onu almaq üçün

Tarix: 26 Fevral 2020 21:56

"Real" PSJ-nin futbolçusu Kilian Mbappenin transferindən imtina edə bilər.

Milli.Az kaspi.az-a istinadən bildirir ki, "kral klubu" Dortmund "Borussiya"sının hücumçusu Erlinq Holanda maraq göstərir. Məlumata görə, "Real" rəhbərliyi Holandı transfer etmək üçün Mbappedən imtina etməyi planlaşdırırlar. Onlar bütün gücü Hollandın transferinə yönəltmək üçün bu addımı atmaq niyyətindədirlər.

19 yaşlı Holand Norveç futbolunun yetirməsidir. O, "Borussiya"ya bu ilin yanvarında Avstriya "Salsburq"undan keçib. Dortmund klubu ona görə 20 milyon avro ödəyib. Futbolçu ilə 2024-cü ilin yayına qədər müqavilə bağlanıb. 
 
Holand "Borussiya"da bütün turnirlərdə 8 oyun keçirib, 11 qol vurub. 

Milli.Az


Etiketlər:  Real Mbappedən imtina edir onu almaq üçün


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ