Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Fevral 2020 14:55
ARB TV-nin "Show News" proqramının növbəti müsahibi tanınmış teleaparıcı Arzu Həmzəyevə olub.
Sonxeber.net bildirir ki, aparıcı atasının ölümündən sonra əlvida dediyi televiziya sahəsinə qayıtmağından danışıb:
"O gün anam da həmin yuxunu görmüşdü. Ondan sonra dedim ki, Arzu, hə, sən, doğurdan da, qayıtmalısan.
Çox adam istəmir ki, mən efirdə olum. Çünki qayıdışımı elə gözləmirdilər. Eşitdim ki, mənə yaxın olan insanlar atamın ölümünə sevinib. Deyiblər ki, yaxşı ki, atası rəhmətə getdi və o da efirdən getdi".
Daha sonra Arzu çətin günlərində ona dəstək olan və onu atıb gedən dostlarından da danışıb:
"Mən ona görə hər kəsdən kənarlaşdım. Öz komandamı da topladım və birlikdə olduq. Mən ağlayanda ağladılar, güləndə güldülər.
Mən atamın ölümünə hələ də inanmıram. İnanmaq bir yana qəbul belə edə bilmirəm".
Cazibədar aparıcı ilk dəfə olaraq atasının ölümündən də danışdı:
"Yalnış xəbərlər də dedilər. Heç bir yerdə açıqlama verməmişəm, amma indi deyəcəm. Atamın heç bir xəstəliyi olmayıb. Atam evdə rəhmətə gedib. Yalandan deyirdilər ki Dəvəçidə rəhmətə gedib"
Sonda aparıcı ona başsağlığı verməyən sənətçi dostlarından da söz açıb:
"Hər zaman məclislərimizin başında Pərviz Bülbülə olub. O, ən azından zəng edib başsağlığı verə bilərdi. Bu, mənim üçün "udar" oldu. Heç bir problem də yox idi. Bəlkə də o insanda olan düşüncə var, o yox idi".