Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Əlində silahla selfi çəkən dayə uşağı yaraladı

Əlində silahla selfi çəkən dayə uşağı yaraladı

Tarix: 27 Fevral 2020 17:28

Dayə əlində tapança ilə selfi çəkmək istəyərkən təsadüfən 10 yaşlı uşağı yaralayıb.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, hadisə ABŞ-ın Texas ştatında, Hyuston şəhərində baş verib.

Məlumata görə, 19 yaşlı Keytlin Smit 10 yaşlı qohumuna baxıb. Qız silahı tapandan sonra onunla selfi çəkmək istəyib. Bu an o, təsadüfən atəş açıb. Güllə uşağın qarnına dəyib. Oğlan ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Bununla belə, həkimlər onun sağalacağını bildiriblər.

Smit "yetkinlik yaşına çatmayan uşağa zərər vermək" maddəsi ilə həbs olunub.


Etiketlər:  Əlində silahla selfi çəkən dayə uşağı yaraladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ