Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Fevral 2020 16:22
Bu gün Avropa Liqasında 1/8 final mərhələsinin püşkü atılıb.
Qol.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək tədirdə 1/8 finala yüksələn 15 komanda və cavab oyunu bu gün keçiriləcək bir cüt iştirak edib.
Püşkatma zamanı klublar səpələnmişlər və səpələnməmişlər səbətlərinə ayrılmayıb. Eyni ölkə təmsilçilərinin bir-biri ilə düşmələrinə də məhdudiyyət qoyulmayıb.
Avropa Liqası
1/8 final
“Başakşəhər” (Türkiyə) - “Kopenhagen” (Danimarka)
“Olimpiakos” (Yunanıstan) - “Vulverhempton” (İngiltərə)
“Reyncers” (Şotlandiya) - “Bayer” (Almaniya)
“Volfsburq” (Almaniya) - “Şaxtyor” (Ukrayna)
“İnter” (İtaliya) - “Xetafe” (İspaniya)
“Sevilya” (İspaniya) - “Roma” (İtaliya)
“Zalsburq” (Avstriya) / “Ayntraxt” (Almaniya) cütünün qalibi - “Bazel” (İsveçrə)
LASK (Avstriya) - “Mançester Yunayted” (İngiltərə)
Qeyd edək ki, 1/8 finalın ilk oyunları martın 12-də, cavab görüşləri martın 19-da olacaq.