Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Fevral 2020 20:31
İranda yeni koronavirusun yayılması ilә әlaqәdar parlament fәaliyyәtini dayandırıb.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu İran parlamentinin rәyasәt heyәtinin sözçüsü Әsәdulla Abbasi IRIB-ә açıqlamasında deyib.
Ә.Abbasinin sözlәrinә görә, parlamentin fәaliyyәti namәlum müddәtә dayandırılıb.
Abbasi әlavә edib ki, büdcә layihәsi vә kәnd tәsәrrüfatı nazirinin etimad sәsi qazanması ilә әlaqәdar iclaslar tәxirә salınıb.
Qeyd edәk ki, İranın Sәhiyyә, Müalicә vә Tibbi Tәhsil Nazirliyi indiyәdәk yeni koronavirus nәticәsindә 34 nәfәr öldüyünü vә 388 nәfәrin bu virusa yoluxduğunu tәsdiqlәyib. İranın bir sıra rәsmilәri, o cümlәdәn sәhiyyә nazirinin müavini, prezidentin müavini vә 4 deputat virusa yoluxanlar arsındadır.