Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

NATO elçiləri Türkiyənin istəyi ilə Suriyanı müzakirə etmək üçün bir araya gələcək

NATO elçiləri Türkiyənin istəyi ilə Suriyanı müzakirə etmək üçün bir araya gələcək

Tarix: 28 Fevral 2020 22:10

NATO səfirləri İdlib bölgəsində Suriyanın hava hücumu ilə 33 Türkiyə əsgərinin öldürülməsindən sonra Suriyadakı vəziyyti müzakirə etmək üçün Türkiyənin istəyi ilə cümə günü Brüsseldə görüş keçirəcək.

NATO yaydığı bəyanatda bildirib ki, "NATO-nun 29 müttəfiq ölkələrinin səfirlərindən ibarət Şimali Atlantika Şurası Türkiyənin NATO-nun bünövrəsi hesab edilən Vaşinqton Müqaviləsinin 4-cü maddəsinə əsasən Suriyadakı vəziyyətlə əlaqədar danışıqların aparılmasını tələb etməsi nəticəsində fevralın 28-də bir araya gələcək."

Müqavilənin 4-cü maddəsinə əsasən müttəfiqlərdən hər hansı biri ərazi bütövlüyü, siyasi müstəqilliyi və ya təhlükəsizliyinin təhlükə altında olduğunu düşündüyü zaman məsləhətləşmələrin aparılmasını tələb edə bilər.

NATO rəsmisi ittifaq səfirlərinin səhər saat 10-da bir araya gələcəklərini bildirib.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu cümə axşamı axşam saatlarında NATO-nun baş katibi Yens Stoltenberqlə telefon danışığı aparıb.

NATO bildrib ki, Yens Stoltenberq səhər elçilərin görüşündən sonra saat 11:45-də mətbuat konfransı keçirəcək.

Digər tərəfdən isə Türkiyənin yüksək səviyyəli rəsmisi bildirib ki, Ankara artıq suriyalı qaçqınların Avropaya getməsinin qarşısını almayacaq.

Hökumətyönlü Demiroren xəbər agentliyi qadın və uşaqlar da daxil olmaqla 300-ə yaxın miqrantın Türkiyənin Yunanıstanla sərhədinə doğru getdiyini bildirib.

Türkiyə qaçqınların Avropaya getməsinə icazə verəcəyinə dair təhdidi icra etsə, 2016-cı ildə Avropa Birliyinə etdiyi vədini yerinə yetirməmiş olacaq və Qərb qüdrətlərini İdlib üzərində qarşıdurmaya sürükləyə bilər. Bununla da Ankara və Moskva arasındakı danışıqlara son qoyulmuş olacaq.


Etiketlər:  NATO elçiləri Türkiyənin istəyi ilə Suriyanı müzakirə etmək üçün araya gələcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ