Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qızılgülün ləçəyi, ətri və mürəbbəsi

Qızılgülün ləçəyi, ətri və mürəbbəsi

Tarix: 28 Fevral 2020 23:27

Gülçiçəklilər fəsiləsinə daxil olan qızılgül təbiətin ən gözəl güllərindən biridir, onun indiyədək 400-ə qədər yabanı növü məlumdur. Al-qırmızı qızılgülün vətəni Çin hesab olunur, onun ağ, sarı və narıncı növləri Fars növünün qızılgülə calağı nəticəsində yaranıb. Qızılgül kolunda 800-1000-ə qədər çiçək, hər çiçəkdə 80-ə yaxın ləçək olur. Hər çiçəyin çəkisi təqribən 3-4 qrama çatır. Ondan alınan yağ ən bahalı ətirlərə əlavə edilir.

Qızılgül XVI əsrin əvvəllərində ilk dəfə şimal ölkələrinə idxal olunmağa başlayıb. İlk vaxtlar ona daha çox kral, hökmdar və çar saraylarının həyətində rast gəlmək olurdu. Sonralar I Pyotrun və imperatriça II Yekaterinanın vaxtında onu bağlarda da əkməyə başlayıblar.

Qədim Romada cəngavərlər döyüşdən qələbə ilə qayıdanda onların qədəmlərinə qızılgüllər səpilərdi. Deyilənə görə, gözəllik ilahəsi Afroditanın məzarı həmişə qızılgüllə örtülü olarmış.
Qızılgül ləçəkləri qurudularaq şüşə qabda saxlanılır və onu iyləmək xoş əhval yaradır.

Qızılgül ləçəklərinin üzərinə su əlavə edərək ağarana qədər gözləyir, sonra süzürlər. Alınan gül suyundan gündə 4-5 dəfə və hər dəfə yarım stəkan içmək əhvali-ruhiyyəni yaxşılaşdırır.

Kiçik şüşə qabın içərisinə gülün ləçəkləri qoyulur, üzəri duzlanaraq qapağı bağlanır, onun ətrini duymaq üçün qapağı açaraq şüşəni yüngülcə tərpətmək kifayətdir.

Onun ləçəklərindən hazırlanan mürəbbə də orqanizm üçün çox faydalıdır.


Etiketlər:  Qızılgülün ləçəyi ətri mürəbbəsi


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ