Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Fevral 2020 07:30
Türkiyənin Edremit bölgəsində Kazdağında yerləşən qaya turistlərin marağına səbəb olub.
Sonxeber.net xəbər verir ki, Kazdağına qalxan bir qurup alpinist təsadüfən ağırlığı beş ton olan qaya ilə qarşılaşıblar. Qaya uzaqdan baxarkən sanki havadaymış kimi görünsə də, əslində üç balaca daşın üstündə dayanıb. Ərazidə baş verən erroziya səbəbi ilə aşınan qaya möcüzəvi çəkildə ağırlıq qanununa tabe olmadan kiçik daşlar üstündədir. Ərazini ziyarət edən turistlər qayaya ''Uçan qaya'' adını veriblər. (ölkə.az)