Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Fevral 2020 14:58
"2018-2019-cu illər ərzində respublikanın şəhər, rayon polis orqanları tərəfindən keçirilən tədbirlər nəticəsində "Tütün məmulatlarından istifadənin məhdudlaşdırılması haqqında" Azərbaycan Respublikası Qanunu ilə qadağan edilən yerlərdə tütün çəkdiklərinə, tütün məmulatları tullantılarını ətraf mühitə atdıqlarına görə 3034, tütün məmulatlarını yetkinlik yaşına çatmayanlara satdıqlarına görə 453 şəxs İnzibati Xətalar Məcəlləsinin 212.1-ci, 212.4-cü və 455.2-ci maddələrinə əsasən inzibati məsuliyyətə cəlb olunub".
Bu barədə Sonxeber.net-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.
Məlumata görə, onlara tətbiq edilən cərimələr 137 290 manat təşkil edib.