Tarix: 24 May 2019 11:04
"Roma"nın sabiq baş məşqçisi Eysebio di Françeskonun yeni klubu müəyyənləşib.Qol.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 49 yaşlı mütəxəssis "Sevilya" ilə anlaşıb. La Liqa təmsilçisinin yeni təyinatı gələn həftə açıqlayacağı bildirilir. İtaliyalı mütəxəssislə 2 illik müqavilə nəzərdə tutulub.
Qeyd edək ki, "Sevilya" martda Pablo Maçini qovduqdan sonra komandanı mövsümün sonuna qədər Xakin Kaparros çalışdırıb. Əndəlüs təmsilçisi La Liqada mövsümü 6-cı pillədə başa vurub.