Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Mart 2020 12:25
Müğənni Minaya "Malakan bağı"nda edilən evlilik təklifi klip çəkilişindən imiş.
Sonxeber.net xəbər verir ki, bunu Mina "Hər şey daxil"də günlər öncə şəhərin mərkəzində ona edilən evlilik təklifi ilə bağlı danışarkən etiraf edib.
Gənc müğənni sözügedən kadrların pərdəarxasını efirdə açıqlayıb:
"İnstaqram-da mahnısını göndərib oxumağımı istədi. İşlə bağlı "direct"ə baxıram mən. Gördüm ki, bir yaraşıqlı oğlan yazıb. 3 mahnı göndərmişdi, birini çox bəyəndim. Dedim "O mahnını mənə verərsən?", Cavab verdi ki, "Mütləq, mən düşünürəm ki, bu mahnı elə sizə yazılıb". Sonra keçdik vatsapa, başladıq orada danışmağa. Qərara gəldik ki, görüşək. Dedi ki, "Mahnı ilə əlaqədar studiyaya gələ bilərsiniz?" Qəbul etdim. Mahnını oxumuşam. Klip də çəkmişik, montajdadır. Məncə, artıq tamaşaçıları aldatmayaq. Yəni, bu, bir klip idi. Klipin reklamı üçün seçdiyimiz bir fraqman idi. Klipin reklamı üçün belə bir şey düşündük və belə bir şey elədik".
Məhəmməd Vaqif