Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nazirlik bu şirkəti 50 min manat cərimələdi

Nazirlik bu şirkəti 50 min manat cərimələdi

Tarix: 2 Mart 2020 16:38

Bakıda ağacları kəsən şirkət cəzalandırılıb.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu jurnalistlərə Ətraf Mühitin Mühafizəsi Departamentinin sektor müdiri Sadiq Dərafərin bildirib. O qeyd edib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb:

"Nizami rayonu, T. Abbasov 5 ünvanında ağacların kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb. Sözügedən ünvanda aparılan araşdırma zamanı 2 sərv ağacının "Təbriz Center" MMC tərəfindən tikinti işləri aparılan zaman kəsildiyi müəyyən edilib".

Sektor müdiri əlavə edib ki, faktla bağlı akt və protokol tərtib olunub:

"Təbriz Center" MMC-nin hüquqi şəxs qismində 50 000 manat məbləğində cərimə olunması üçün toplanmış materiallar Nizami rayon Məhkəməsinə göndərilib".


Etiketlər:  Nazirlik şirkəti manat cərimələdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ