Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiya nümayəndə heyəti ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib (FOTO)

Rusiya nümayəndə heyəti ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib (FOTO)

Tarix: 24 May 2019 12:42

Bakı. Trend:

Ölkəmizə səfərə gələn Rusiya Federasiyası Əmək və Sosial Müdafiə naziri Maksim Topilinin rəhbərlik etdiyi nümayəndə heyəti Fəxri xiyabana gəlib.

Trend-in məlumatına görə, nümayəndə heyəti müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyub.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb.

Şəhidlər xiyabanı ziyarət olunaraq, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsinə ehtiram ifadə olunub, şəhidlərimizin məzarları üzərinə gül-çiçək dəstələri qoyulub.

Nümayəndə heyətinin ölkəmizə səfərində məqsəd iki ölkə arasında əmək, məşğulluq və əhalinin sosial müdafiəsi sahəsində əlaqələrin genişləndirilməsi imkanlarının müzakirəsi və gələcək əməkdaşlıq istiqamətlərinin müəyyən edilməsidir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Rusiya nümayəndə heyəti ümummilli lider Heydər Əliyevin məzarını Şəhidlər xiyabanını ziyarət edib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ