Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Mart 2020 21:22
Kipr hökuməti adları açıqlanmayan üç xarici investora verilən vətəndaşlığını geri alır.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Kiprin nüfuzlu qəzeti "Phileleftheros" məlumat yayıb. Qeyd olunur ki, vətəndaşlığı ləğv olunacaq şəxslərin siyahısını Daxili İşlər naziri Nikos Nuris verib. Qərar əsaslı yoxlamalardan sonra qəbul edilib.
Bildirilir ki, ümumiyyətlə yaxın zamanlarda Kipr vətəndaşlığını ümumilikdə 29 xarici investor itirəcək.
Qeyd edək ki, keçən il Avropa Komissiyası Kipr hökumətinə ölkəyə investisiya edilmə vasitəsilə verilən vətəndaşlıqlar zamanı sui- istifadənin baş verməsi barədə məlumat verib və 26 sərmayəçinin vətəndaşlığının ləğv olunmasını xahiş edib.