Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 May 2019 12:57
Bakı. Trend:
M4 Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 13-cü km-də (Hökməlin dairəsinin yanı) yerüstü piyada keçidinin tikintisi işləri həyata keçirilir. Piyada keçidinin tikintisini tamamlamaq üçün metal aşırım hissəsinin quraşdırılması tələb olunur.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, bu səbəbdən də magistralın sözügedən hissəsində 26 may tarixində səhər saat 05:00-dan 09:00-a kimi hərəkət məhdudlaşdırılacaq.
Alternativ olaraq sürücülər şəhər mərkəzinə Hökməli qəsəbəsinin daxili yolundan və Bakı-Sumqayıt şosesindən istifadə edərək gələ bilərlər.
Sürücülərdən göstərilən saatlarda alternativ yollardan istifadə etmələrini xahiş edilir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin