Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Mart 2020 09:58
"Likud" partiyasının lideri, İsrail baş naziri vəzifəsini icra edən Binyamin Netanyahu ötən gün ölkədə keçirilən parlament seçkilərinin nəticələrini İsrail üçün böyük qələbə adlandırıb.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bu barədə B.Netanyahu öz "Twitter" səhifəsində yazıb.
İsrailin baş naziri bildirib: "İsrail üçün böyük qələbə. Təşəkkür edirəm".
Qeyd edək ki, ötən gün İsraildə parlament seçkiləri keçirilib. İlkin "exit poll"un nəticələrinə əsasən, "Likud" partiyası seçkilərdə qalib gəlib.