Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Səudiyyə Ərəbistanında yeni koronavirusa ilk yoluxma halı qeydə alındı

Səudiyyə Ərəbistanında yeni koronavirusa ilk yoluxma halı qeydə alındı

Tarix: 3 Mart 2020 10:26

Səudiyyə Ərəbistanında yeni növ COVID-19 koronavirusuna ilk yoluxma halı qeydə alınıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Krallığın Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumatda deyilir: "Laboratoriya araşdırmaları Bəhreyn üzərindən İrandan gələn Səudiyyə Ərəbistanı vətəndaşında yeni növ koronavirusa ilk yoluxma halını təsdiqləyib. Hazırda xəstə həkimlərin nəzarəti altında olduğu tibb müəssisələrindən birində karantinə yerləşdirilib".

Qeyd edilir ki, xəstələnən şəxsin bütün əlaqədə olduğu insanlar müəyyən edilib və onlardan analiz götürülüb.

Milli.Az


Etiketlər:  Səudiyyə Ərəbistanında yeni koronavirusa yoluxma halı qeydə alındı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ