Tarix: 24 May 2019 16:16
Portuqaliya millisinin sabiq futbolçusu Luiş Fiqo Avropa Liqasının Bakıda keçiriləcək final oyunu ilə bağlı çağırış edib. Qol.az xəbər verir ki, 46 yaşlı veteran yarımmüdafiəçi həlledici görüşü izləmək üçün Azərbaycana gələcəyini söyləyib:
“Əziz dostlar, böyük Bakı finalına 5 gün qalıb. Mən də orada olacağam, finalı qaçırmayın”.
Xatırladaq ki, Avroliqanın finalı mayın 29-da Bakı Olimpiya Stadionunda “Arsenal” və “Çelsi" arasında keçiriləcək keçiriləcək.