Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Mart 2020 17:30
İsveçrədə koronavirusdan ilk ölüm faktı qeydə alınıb.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, ölkənin qərbindəki Vo kantonunda martın 3-də xəstəxanaya yerləşdirilmiş 74 yaşlı xəstə vəfat edib.
Qeyd olunur ki, həmin şəxs xroniki xəstəliklərdən əziyyət çəkirmiş.
Xatırladaq ki, ilk dəfə Çində yayılmağa başlamış koronavirusa 76 ölkədə 92,5 mindən çox yoluxma faktı qeydə alınıb. Virusdan ölənlərin sayı 3,2 min nəfəri ötüb.