Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Kaliforniyada fövqəladə vəziyyət elan edildi - SƏBƏB

Kaliforniyada fövqəladə vəziyyət elan edildi - SƏBƏB

Tarix: 5 Mart 2020 17:40

ABŞ-ın Koliforniya ştatının hakimiyyəti yerli sakinin koronavirusdan ilk ölüm faktı təsbit edildikdən sonra ştatda fövqəladə vəziyyt elan edib.

Milli.Az Day.Az-a istinadən xəbər verir ki, ştatın qubernatoru Qevin Nyusom müvafiq qərarı martın 4-də səsləndirib.

Məlumata görə, həmin tarixdən başlayaraq ştatda ciddi nəzarət həyata keçirilməyə başlayır: sakinlər tez-tez virusla bağlı test keçməli olacaqlar, onların virusa yoluxmuş şəxslərlə münasibətdə olub-olmamaları araşdırılacaq.

Koronavirusdan dünyasını dəyişmiş şəxsin yaşlı Koliforniya sakini olduğu, San-Fransiskodan gəmi ilə qayıtdığı qeyd edilir.

Q.Nyusom koronavirusun yayılmasının qarşısını almaq məqsədilə digər ştatları da təcili təxirəsalınmaz tədbirlər şərçivəsində əməkdaşlığa çağırıb.

Qeyd edək ki, 2019-cu ilin sonunda Çində başlayan koronavirus epidemiyası hazırda dünyanın 70-dən çox ölkəsini sarıb və bütün dünyada ümumilikdə bu virusa yoluxanların sayı 90 minə çatıb, 3 mindən çox nəfər ölüb.

Milli.Az


Etiketlər:  Kaliforniyada fövqəladə vəziyyət elan edildi SƏBƏB


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ