Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Prezidentin toponimlərlə bağlı iradı: Onları Azərbaycan dilində olduğu kimi yazın

Prezidentin toponimlərlə bağlı iradı: Onları Azərbaycan dilində olduğu kimi yazın

Tarix: 6 Mart 2020 00:12

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də Tovuz rayonuna səfəri çərçivəsində Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyinin açılışında iştirak edib.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, muzeyin eksponatları ilə tanışlıq zamanı Prezident İlham Əliyev aşıq sənətinin yayılma arealını əks etdirən xəritədəki toponimlərlə bağlı iradlarını bildirib.

Mədəniyyət Nazirliyinin əməkdaşı Azadə Hüseynova işğal edilmiş ərazilərdə aşıq sənətinin geniş yayılmış sahələrini təqdim edərkən

Prezident İlham Əliyev deyib: Bunlar Ermənistan ərazisində yerləşir. Bu ərazilər tarixi, qədim Azərbaycan torpağıdır. Ona görə siz burada düzəliş edin. Onları Azərbaycan dilində olduğu kimi yazın. Məsələn, "Dilizhan" yox, "Dilican". "Dilican" yazılmalıdır. Sevan Göyçə gölüdür, yazmısınız "Goycha Iake", amma burada da yazılıb "Sevan". Razdan çayının da əsil adı Zəngidir. Siz tamamilə bu sözlərdən, toponimlərdən istifadə edin. Çünki bunlar hamısı bizim qədim torpağımızdır. "Ekhegnadzor" sonrakı addır, bunun da qədim Azərbaycan adı vardır. Ona görə onları düzəltmək lazımdır.


Etiketlər:  Prezidentin toponimlərlə bağlı iradı Onları Azərbaycan dilində olduğu kimi yazın


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ