Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Azərbaycan millisinə rəqib olmaq istəmirdik''

''Azərbaycan millisinə rəqib olmaq istəmirdik''

Tarix: 6 Mart 2020 10:58

Belarus millisinin baş məşqçisi Mixail Marxel Millətlər Liqasının püşkünü dəyərləndirib.

Qol.az xəbər verir ki, o, yerli mətbuata müsahibəsində Azərbaycan və digər Qafqazyanı ölkələrin milliləri ilə rəqib olmadıqları üçün şad olduğunu bildirib. O, bu  ığmalarla oynamağın çətin olduğunu deyib:

“Nə sevinirəm, nə də məyusam. Hər şeyi olduğu kimi qəbul edirəm. Normal qrupdur.  Bu turinirdə kimlə qarşılaşmağı fərqi yoxdur.

Bəli, yenidən Gürcüstanla rəqib olmaq istəmirdik. Eləcə də digər Cənubi Qafqaz ölkələri olan Azərbaycan və Ermənistanla. Onlara qarşı oynamaq həmişə çətin olur. Xüsusilə də səfərdə”.

Qeyd edək ki, C Liqasında mübarizə aparacaq Belarus millisi 4-cü qrupda Qazaxıstan, Litva və Albaniyaya rəqib olub.
 


Etiketlər:  Azərbaycan millisinə rəqib olmaq istəmirdik


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ