Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda taksilər dezinfeksiya olunur - FOTO

Bakıda taksilər dezinfeksiya olunur - FOTO

Tarix: 6 Mart 2020 19:30

Paytaxtın ictimai nəqliyyat sektorunda əksepidemik tədbirlər davam edir. Bu çərçivədə müntəzəm marşrut xətt avtobusları ilə yanaşı taksi minik avtomobilləri də dezinfeksiya olunur.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bununla bağlı Bakı Nəqliyyat Agentliyi tərəfindən taksi fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə məktub ünvanlanıb.

Diqqətə çatdırılıb ki, koronovirus (COVİD-19) xəstəliyinin ölkəmizdə yayılmasının qarşısının alınması üçün taksi minik avtomobillərinin də dezinfeksiyası zəruridir.

Növbəti dezinfeksiya tədbiri "Salam Taksi" şirkətində təşkil olunub. Dezinfeksiya zamanı taksi minik avtomobillərinin salono, yük hissəsi və xarici hissələri xüsusi dərman məhlulları ilə təmizlənib.

Milli.Az


Etiketlər:  Bakıda taksilər dezinfeksiya olunur FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ