Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ Kabildəki ''İŞİD'' hücumunu qınadı

ABŞ Kabildəki ''İŞİD'' hücumunu qınadı

Tarix: 7 Mart 2020 08:24

ABŞ Kabildə 32 nəfərin həyatına son qoymuş "İŞİD" terror təşkilatının hücumunu qınayır.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, bu barədə ABŞ dövlət katibi Mayk Pompeo bəyanat verib.

"ABŞ Kabildə törədilmiş terror aktını qəti şəkildə pisləyir. Əfqan xalqı terrorsuz gələcəyə layiqdir. Hazırkı sülh prosesi əfqanlar üçün "İŞİD" təhlükəsinə qarşı birləşmiş cəbhə yaratmaqda müstəsna imkandır", - deyə Pompeo bildirib.

Xatırladaq ki, naməlum şəxslər Əfqanıstan Baş Nazirinin qatıldığı tədbirə martın 7-də hücum edib. Hücum nəticəsində 32 nəfər həlak olub, daha 81 nəfər xəsarət alıb.

Əfqanıstan DİN nümayəndəsi hücum edənlərdən ikisinin öldürüldüyünü bəyan edib. Daha sonra "İŞİD" məsuliyyəti üzərinə götürüb.


Etiketlər:  ABŞ Kabildəki İŞİD hücumunu qınadı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ