Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 May 2019 22:24
"Başakşəhər"in futbolçusu Əmrə Belözoğlu karyerasını "Fənərbaxça"da davam etdirəcək.
Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, bu barədə klubun prezideni Göksel Gümüşdağ məlumat verib:
"Onunla görüşdüm və bizimlə daha 1 il qalmağını istədim. Ancaq Əmrə "Fənərbaxça"da futbolçu karyerasını başa vurmaq istədiyini söylədi, mən də icazə verdim".
Qeyd edək ki, 38 yaşlı Ə.Belözoğlu 2008-2012 və 2013-2015-ci illərdə "Fənərbaxça"da oynayıb.