Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rəsul Əhmədzadə “AGF Junior Trophy” turnirində dəstəli at üzərində hərəkətlərdə finala çıxıb

Rəsul Əhmədzadə “AGF Junior Trophy” turnirində dəstəli at üzərində hərəkətlərdə finala çıxıb

Tarix: 7 Mart 2020 15:58

Azərbaycan gimnastları Rəsul Əhmədzadə kişi idman gimnastikası üzrə "AGF Junior Trophy" beynəlxalq turnirində dəstəli at üzərində hərəkətlərdə finala çıxıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, R.Əhmədzadə 12.000 xal toplayıb.

Bu növdə finala, həmçinin Radomir Stelmax (Ukrayna), Daçi Dolidze (Gürcüstan), Nikita Melnikov (Ukrayna), Huanq Yen-Çanq (Tayvan), Hasan Bulut və Mert Efe Kılıçer (hər ikisi - Türkiyə) və Cordi Hagenaar vəsiqə qazanıb.

Digər azərbaycanlı gimnastlar Anar Həsənov, Ramin Dəmirov və Ağakazım Rüstəmov finala çıxa bilməyib.

Qeyd edək ki, Azərbaycan Gimnastika Federasiyası ilk dəfə olaraq kişi idman gimnastikası üzrə "1-ci AGF Junior Trophy" adlı beynəlxalq turnir təşkil edir. Milli Gimnastika Arenasında keçiriləcək yarışda gənclər yaş qrupuna daxil olan 2003-2006-cı il təvəllüdlü gimnastlar öz bacarıqlarını nümayiş etdirəcəklər.

"AGF Junior Trophy" 27-31 may tarixində elə Milli Gimnastika Arenasında təşkil ediləcək kişi idman gimnastikası üzrə Avropa Çempionatından öncə gənc gimnastlar üçün bir növ sınaq turniri rolunu oynayır.

Azərbaycanı turnirdə Ramin Dəmirov, Mənsum Səfərov, Anar Həsənov, Rəsul Əhmədzadə və Ağakazım Rüstəmov təmsil edir.

Anar Həsənov və Rəsul Əhmədzadə fərdi çoxnövçülükdə, Ağakazım Rüstəmov sərbəst hərəkətlərdə və dəstəli at üzərində hərəkətlərdə, Mənsum Səfərov sərbəstə hərəkətlərdə, halqalarla hərəkətlərdə, dayaqla tullanmada, paralel qollarda və turnik üzərində hərəkətlərdə, Ramin Dəmirov dəstəli at üzərində, halqalarla hərəkətlərdə, dayaqla tullanmada, paralel qollarda və turnik üzərində hərəkətlərdə çıxış edəcək.

Yarışda həmçinin azərbaycanlı gimnast Səməd Məmmədli müsabiqədən kənar olaraq iştirak edir.

Milli.Az


Etiketlər:  Rəsul Əhmədzadə Junior Trophy turnirində dəstəli üzərində hərəkətlərdə finala çıxıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ