Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Səbail” – “Zirə”: 11-ci duel

“Səbail” – “Zirə”: 11-ci duel

Tarix: 7 Mart 2020 17:30

“Zirə” bu həftə Azərbaycan Premyer Liqasında növbəti oyununu keçirəcək.

Qol.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda səfərdə “Səbail”lə görüşəcək. “ASCO Arena”da keçiriləcək qarşılaşma iki rəqib arasında 11-ci çempionat matçı olacaq. İndiyədək komandalar 10 dəfə üz-üzə gəlib.

İlk dəfə 2017-ci ildə “Səbail”lə qarşılaşan “Zirə” bu oyunlarda üstünlüyə malikdir. 5 dəfə qalib gələn “qartallar” 2 heç-heçə edib və 3 dəfə uduzub. Rəqib qapısından 12 top keçirən futbolçular 6 top buraxıblar.

“Zirə”nin vurduğu qollara 10 futbolçu imza atıb. Nicat Süleymanov və Xulio Sezar Rodrigez komanda yoldaşlarından daha çox – hərəyə 2 dəfə fərqlənib.

Komanda səfər oyunlarında da üstünlüyə malikdir. Əvvəlki 5 matçda üç qələbə qazanan “Zirə” iki dəfə uduzub. 4 qol vuran “qartallar” rəqib meydanında bir top buraxıb.

Qeyd edək ki, martın 8-də “ASCO Arena”da keçiriləcək “Səbail” – “Zirə” qarşılaşması saat 16:00-da başlayacaq.

 


Etiketlər:  Səbail Zirə duel


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ