Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Koronavirus İranın təxminən 100 şəhərinə yayılıb

Koronavirus İranın təxminən 100 şəhərinə yayılıb

Tarix: 7 Mart 2020 18:02

Yeni koronavirus İranın təxminən 100 şəhərinə yayılıb. Halbuki bir neçə gün öncə bu şəhərlərin sayı təxminən 70 idi.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu iranlı epidemioloq və İranın Koronavirusla Mübarizə Komitəsinin üzvü doktor Həmid Suri IRNA-ya açıqlamasında deyib.

H.Surinin sözlərinə görə, əhali rəsmilər və mütəxəssislərin səfərə çıxmamağa dair tövsiyələrinə diqqət yetirərlərsə, bu xəstəliyin yayılmasına maneə ola bilər.

Suri əlavə edib ki, hələlik virusun yayılmadığı şəhərlərin giriş-çıxışlarında əlavə nəzarət tətbiq olunmalıdır. Bu nəzarət koronavirusun yayılmasının qarısının alınmasına səbəb olur.

Qeyd edək ki, İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi bu günədək (7 mart) 5 823 nəfərin yeni koronavirusa yoluxduğunu, 145 nəfərin öldüyünü və 1 669 nəfərin sağaldığını təsdiqləyib.

Əlavə edək ki, İranın 31 vilayətindən 20 vilayətinə, Araz Azad Ticarət Zonası və Maku Azad Ticarət Zonasına səfərlər dayandırılıb.

Xatırladaq ki, İranda mindən çox şəhər var.


Etiketlər:  Koronavirus İranın təxminən şəhərinə yayılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ