Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu smartfonların dünya üzrə bazar payı azalıb

Bu smartfonların dünya üzrə bazar payı azalıb

Tarix: 8 Mart 2020 20:48

Samsung və Xiaomi-nin qlobal miqyasda  bazar payı azalıb.

Sonxeber.net ted.az-a istinadən bildirir ki, bu haqda "Global Stats" analitik şirkəti məlumat yayıb.

Məlumata görə, bu ilin fevral ayında Samsung şirkətinin smartfon bazarında payı 30,91%, Xiaomi-nin isə 7,8% olub.

Qeyd olunan şirkətlərin nəticələri cari ilin yanvar ayı ilə müqayisədə azdır. Bu ilin ilk ayında Samsung şirkətinin smartfon bazarında dünya üzrə bazar payı 31,29%, Xiaomi-nin  8,1% olmuşdur.

Apple və Huawei şirkətlərinin isə əksinə, qlobal miqyasda bazar payında artım müşahidə olunub.

Yanvar ayında Apple şirkətinin bazar payı üzrə göstəricisi 24,76%, fevral ayında bu rəqəm 25,89% olub. Huawei-in bu sahə üzrə yanvar göstərici 10,61%, fevral ayında isə 10,98%-ə çatıb.


Etiketlər:  smartfonların dünya üzrə bazar payı azalıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ