Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Mart 2020 22:32
Gəncədə qadın yanıq xəsarəti alıb.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Avtozavod qəsəbəsində qeydə alınıb.
1975-ci il təvəllüdlü Fətəliyeva Kəmalə Təvəkkül qızı yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Qadına 1-ci, 2-ci dərəcəli sifətin və yuxarı ətrafın yanığı diaqnozu qoyulub. Xəstəyə lazımi tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.
Qeyd edək ki, K.Fətəliyeva təndirdə çörək bişirən zaman qaz sızmasında partlayış baş verib.