Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Mart 2020 02:30
Türkiyədə müvəffəqiyyətlə həyata keçirilən yeni növ koronavirus (COVID-19) epidemiyası ilə mübarizə bir çox ölkə tərəfindən yaxından izlənir. Belə ki, dünyanın 26 ölkəsinin Səhiyyə nazirlikləri tərəfindən Türkiyənin xəstəliklə mübarizə təcrübəsinin öyrənilməsi ilə bağlı müraciət edilib.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu çərçivədə ölkələr Türkiyənin Səhiyyə Nazirliyi və səfirliklər vasitəsilə məlumat və təcrübə mübadiləsinin aparılması məqsədilə əməkdaşlıq etməyi təklif ediblər.
Eyni zamanda, dünyanın yeddi ölkəsindən Türkiyədə hazırlanmış koronavirusun diaqnostikasında istifadə olunan yeni cihazın alınması ilə bağlı müraciət də gəlib.
Qeyd edək ki, hazırda dünyada istifadə edilən üsulla virus orqanizmdə 4-24 saat ərzində aşkarlanır. Lakin Türkiyədə hazırlanmış yeni üsul vasitəsilə nəticəni 90-120 dəqiqəyə əldə etmək mümkündür. Test 99.5 faiz doğru nəticə verir.