Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Mart 2020 08:04
Oreqon ştatında fövqəladə vəziyyət elan edildi.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, Oreqon ştatının qubernatoru Keyt Braun martın 8-də yeni növ koronavirusun yayılması ilə bağlı ştatda fövqəladə vəziyyət elan etdiyini bildirib. Hazırda ştatda koronavirusun yeni növünə (COVID-2019) 14 yoluxma hadisəsi qeydə alınıb.
Fövqəladə vəziyyətin müddəti 60 gün davam edəcək.
Daha əvvəl Vaşinqton və Kaliforniya ştatları hakimiyyəti analoji tədbirlərə əl atmışdı və beləliklə, qərb sahilində hər üç ştatda artıq fövqəladə vəziyyət tətbiq olunur.
Ümumilikdə, ABŞ-da koronavirusa 400-dən çox yoluxma halları qeydə alınıb.