Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Mart 2020 11:48
“Qəbələ” Azərbaycan Premyer Liqasının 20-ci turunda “Sumqayıt”ı qəbul edib.
Qol.az klubun saytına istinadən xəbər verir ki, “qırmızı-qaralar” ev oyununda 5:0 hesabı ilə qalib gəlib. Bu, komandanın cari mövsümdə ən böyükhesablı qələbəsidir. “Qəbələ” həm də mövsümün gedişində öz meydanında 5 və daha çox top fərqilə qalib gələn ilk komandadır.
Ümumiyyətlə isə “Qəbələ” tarixində 53-cü böyükhesablı qələbəsini qazanıb. Bunlardan 36-sı evdə qeydə alınıb.
Premyer Liqada əldə olunan üç və ya daha çox top fərqi ilə olan qələbələrin sayı isə 31-ə çatıb. Bunlardan 20-si ev matçlarına təsadüf edib.
“Qırmızı-qaralar” cari mövsümdə Premyer Liqada 3-cü belə qələbəsini qazanıb. XI turda “Səbail”, XIII turda “Zirə”ni qəbul edən komanda hər iki rəqibi üç cavabsız qolla məğlub edib. “Sumqayıt” üzərində qələbə isə mövsümdə hamısı evdə olmaqla 3-cü böyükhesablı olub. Bununla da “Qəbələ” özünün 2008/09 mövsümündəki rekordunu təkrarlayıb. Həmin vaxt da komanda Premyer Liqada keçirdiyi ev oyunlarında 3 fərqli qalibiyyət alıb. “Qırmızı-qaralar” öz meydanında daha bir böyükhesablı qələbəyə nail olsa, mütləq rekord gerçəkləşəcək.
“Sumqayıt”la oyun “Qəbələ”nin 5 və ya daha çox top fərqilə qalib gəldiyi ümumilikdə 10-cu, Premyer Liqada 5-ci matçdır. İndiyədək komanda yalnız bir dəfə Premyer Liqadakı ev qarşılaşmasında daha böyük fərqlə qalib gəlib. Bu, 2015/16 mövsümünün “Xəzər Lənkəran”la görüşünə təsadüf edib.