Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Aparıcı Azərin villasında oğurluq edənlər tutuldular - VİDEO

Aparıcı Azərin villasında oğurluq edənlər tutuldular - VİDEO

Tarix: 9 Mart 2020 13:00

Teleaparıcı Azər İsmayılovun (Zahid) Mərdəkan-Buzovna yolunun üstündə tikdirdiyi villasında oğurluq edənlər tutulublar. 

Milli.Az azxeber.com-a istinadla xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunanlar - 1978-ci il təvəllüdlü Y.Yusifov və 1969-cu il təvəllüdlü R.Əliyev müəyyən olunaraq saxlanılıb, maddi sübutlarla birlikdə İstintaq şöbəsinə təhvil verilib.

Faktla bağlı şübhəli şəxslər ətrafında araşdırmalar davam etdirilir.

Milli.Az


Etiketlər:  Aparıcı Azərin villasında oğurluq edənlər tutuldular VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ