Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Albaniya da koronavirusa yoluxdu

Albaniya da koronavirusa yoluxdu

Tarix: 9 Mart 2020 14:00

Albaniyada 2 nəfərdə ilk koronavirusa yoluxma halı təsbit edilib.

Sonxeber.net Day.Az -a istinadən bildirir ki, yoluxma faktını ölkənin Səhiyyə Nazirliyi təsdiqləyib.

Məlumata görə, yoluxanlar İtaliyadan səfərdən qayıtmış ata və oğuldur.

Hazırda virusa yoluxmuş hər iki şəxsin vəziyyəti stabil qiymətləndirilir, ağırlaşmalar yoxdur.

Qeyd edək ki, 2019-cu ilin sonunda Çində başlayan koronavirus epidemiyası hazırda dünyanın 70-dən çox ölkəsini sarıb və bütün dünyada ümumilikdə bu virusa yoluxanların sayı 100 mini, ölənlərin sayı isə 3 mini keçib.


Etiketlər:  Albaniya koronavirusa yoluxdu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ