Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Mart 2020 16:56
İranda yeni koronavirus (COVID19) nəticəsində indiyədək ölənlərin sayı 237 nəfərə çatıb.
Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mәtbuat xidmәtinin müdiri Kiyanuş Cahanpur deyib.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bu haqda İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mәtbuat xidmәtindən bildirilib. K.Cahanpurun sözlərinə görə, ötən sutka ərzində 43 nəfər dünyasını dəyişib.
Cahanpur әlavә edib ki, ötәn sutkada 595 nәfәrin bu virusa yoluxması tәsdiqini tapıb. Cahanpur deyib ki, ümumilikdə 7 161 nəfər bu virusa yoluxub.
Nazirlik rәsmisi 2 394 nәfәrin sağaldığını deyib.