Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Mart 2020 13:56
Koronavirusa yoluxmuş şəxsdə "denge" qızdırmasına yoluxması barədə yanlış təsəvvürlər yarana bilər, belə ki, "denge"nin əlamətləri müşahidə edilə bilər.
Sonxeber.net Day.Az-a istinadən bildirir ki, COVİD-19-un yaratdığı bu yeni simptomları sinqapurlu alimlər açıqlayıblar.
Onların açıqlamsına görə, xəstədə "denge" qızdırmasına xarakterik yüksək hərarətlə yanaşı səpkilər müşahidə edilə bilər. Lakin bu vaxt koronavirusa xas simptomlar - süstlük, möhkəm boğucu öskürək, sinə nahiyyəsində ağrılar özünü hələ göstərməyə bilər.
Alimlərin fikrincə, məhz bu yanlış əlamət koronavirusu zamanında aşkar etməyə və ona qarşı təcili müvafiq mülicəni aparmağı ləngidə bilər ki, bu da virusun yayılmasına şərait yaradır.