Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yaqub Mahmudov: Xalqımızı məhv etmək siyasəti yeridilib

Yaqub Mahmudov: Xalqımızı məhv etmək siyasəti yeridilib

Tarix: 25 May 2019 14:44

Bakı. İlhamə İsabalayeva - Trend:

Bir həqiqət burada tamamilə aydınlaşır ki, bizim xalqımızı məhv etmək siyasəti yeridilmişdir. Cümhuriyyət süqut etdirərkən Gəncədə bütün camaatı - uşaqlı, qız-gəlinli, qocalı, cavanlı hamısını qırdılar. Azərbaycanın hər yerində bu soyqırımlar həyata keçirildi.

Trend-in məlumatına görə, bunu Dövlət Sərhəd Xidmətində “Siyasi qurbanların xatirəsi muzeyi”nin açılış tədbirində çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru Yaqub Mahmudov deyib.

Onun sözlərinə görə, 1918-20-ci illərdəki soyqırım Azərbaycan xalqına qarşı dayandırılmadı. Sovet hakimiyyəti illərində soyqırım yeni - daha dəhşətli mərhələyə daxil oldu:

"Bu binada həmin o soyqırım cəlladlarının nümayəndələri, onların varisləri yuva saldılar, beləliklə repressiya orqanları əslində ermənilərin, Qriqoryanların əlində oldu, başqalarının əlində oldu və bizim xalqımıza divan tutuldu. Bu baxımdan tarixin araşdırılmasında bu muzeyin son dərəcə böyük rolu var. Xalq bu muzeyə daxil olub çıxandan sonra uşaqlarımız, gənclik, hamı bilməlidir ki, o soyqırım cəlladları kimlərdən ibarət idi. Kimlər bu cəlladlığı törədiblər, xalqımızı məhv ediblər, burada icraçılar kimlərdən ibarət olmuşdur. Onlar siyahılaşdırılacaq və güman edirəm xalqımızda düşüncə tərzi yaranacaq ki, o “Domokl qılınc”ından biz həmişə özümüzü qorumalıyıq. Həmişə düşünməliyik ki, bu cür yerlərdə Azərbaycan xalqını məhv etməyə çalışıblar. Əlbəttə, biz bu məsələləri açdıqca içəridən də, kənardan da bizə hücumlar olur və deyilir ki, tariximizi siyasiləşdiririk. Tarixi siyasiləşdirmirik! Azərbaycan xalqına qarşı soyqırım siyasəti həyata keçirilmişdir. Xalqımızın ziyalılarını şüurlu sürətdə, düşünərək məhv etmək siyasətini həyata keçiriblər və biz onu ictimailəşdirəcəyik. Burada mən Ulu Öndəri yada salmaq istəyirəm, o dəfələrlə deyirdi ki, biz son 200 ilin tarixini yenidən öyrənməliyik. Son 200 il XX-XXI əsrlərin tarixidir. Mən tamamilə əminəm ki, Heydər Əliyev burda bu rəhbərliyə keçməsə idi, SSRİ tərəfindən ilk dəfə Dövlət Təhlükəsizliyi Komissiyasına rəhbərlik etməsəydi, fəlakətlərimiz çox olacaqdı. O, Bəxtiyar Vahabzadəni də, Rəsul Rzanı da haqlayacaqdı. Bizim ləyaqətli insanlarımız hamısı məhv olacaqdı".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Yaqub Mahmudov Xalqımızı məhv etmək siyasəti yeridilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ