Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Mart 2020 17:42
Qanunvericilik işləri planında olan bütün məsələlər mütəmadi olaraq Milli Məclisin iclaslarına çıxarılacaq.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin Aparat rəhbəri Səfa Mirzəyev AzTV-yə müsahibəsində deyib.
S.Mirzəyev növbəti iclaslarda müzakirə ediləcək bir neçə vacib məsələyə toxunub:
"Mən insanları daha çox maraqlandıran məsələyə toxunmaq istəyirəm. Bilirsiniz ki, "Əmanətlərin tam sığortalanması haqqında" Qanunun müddəti martın əvvəlində bitib. Dünən cənab Prezident tərəfindən onun vaxtının uzadılması haqqında qanun layihəsi gəlib və ən yaxın iclasda bu məsələ müzakirəyə qoyulub qəbul edilməlidir.
Digər tərəfdən biz böyük qanun layihələri hazırlayırıq. Bütün qaunun layihələrin adını çəksəm çox vaxt aparar. Misal üçün, "Siyasi partiyalar haqqında" qanunun yeni variant hazırlanır. Cənab Prezident də bu gün Milli Məclisin iclasında vurğuladı ki, pozitiv fəaliyyətdə olan bütün siyasi partiyalar ölkədə baş verən hadisələrə yaxından cəlb olunmalıdır. Siz gördünüz ki, bütün komitə sədrlərinin müavinləri müxalif partiyalardan seçildi. Milli Məclisin rəhbərliyinə də müxalif deputat seçildi. Bunlar hamısı göstərir ki, biz "Siyasi partiyalar haqqında" qanuna lazımi dəyişikliklər etməliyik ki, siyasi partiyalar cəmiyyətdə daha fəal rol oynasınlar".