Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Mart 2020 20:40
Bakı. Trend:
Rusiya Dövlət Duması Konstitusiyaya dəyişikliklər barədə qanun layihəsini ikinci oxunuşda təsdiqləyib.
Trend-in məlumatına görə, sənədin qəbul olunması lehinə 382 deputat səs verib.
44 deputat bitərəf qalıb, sənədin əleyhinə səs verən olmayıb.
Qeyd olunur ki, ikinci oxunuşda müzakirələr üçün 400-dək dəyişiklik təklifi daxil olub, onlardan 200 nəzərə alınıb, 175-i isə qəbul edilməyib.