Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Operativ qərargah: İrandan qayıdan iki Azərbaycan vətəndaşı koronavirusa yoluxub, 3 nəfər isə sağalaraq evə buraxılıb

Operativ qərargah: İrandan qayıdan iki Azərbaycan vətəndaşı koronavirusa yoluxub, 3 nəfər isə sağalaraq evə buraxılıb

Tarix: 10 Mart 2020 21:27

Bakı. Trend:

İran İslam Respublikasından qayıdan Azərbaycan Respublikasının 1960 və 1984-cü il təvəllüdlü iki vətəndaşında koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabinetinin yanında operativ qərargahdan Trend-ə bildirilib ki, müvafiq qaydalara uyğun olaraq həmin şəxslər xüsusi rejimli xəstəxanalara yerləşdiriliblər.

Hazırda pasiyentlərin səhhəti normaldır, vəziyyətləri stabildir. Həmin şəxslərin müalicəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.

Bundan əvvəl koronavirus infeksiyasına yoluxduqları müəyyən edilmiş 1973, 1997 və 1998-ci il təvəllüdlü 3 Azərbaycan vətəndaşı xüsusi rejimli xəstəxanalarda müvafiq müalicə alaraq sağalıblar və evə buraxılıblar.

Koronavirus infeksiyası aşkarlanmış digər şəxslərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirirlir, onların səhhəti ciddi nəzarət altında saxlanılır.


Etiketlər:  Operativ qərargah İrandan qayıdan Azərbaycan vətəndaşı koronavirusa yoluxub nəfər isə sağalaraq evə buraxılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ