Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Fransa səfiri: ''Ümid edirik ki, bu il Azərbaycanla Ermənistan arasında hər hansı gərginlik olmayacaq''

Fransa səfiri: ''Ümid edirik ki, bu il Azərbaycanla Ermənistan arasında hər hansı gərginlik olmayacaq''

Tarix: 11 Mart 2020 12:33

Biz Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqların davam etməsini dəstəkləyirik.

Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu Fransanın Azərbaycandakı səfiri Zakari Qross cəbhədəki gərginliyə münasibət bildirərkən deyib.

Səfir deyib: "Ümid edirik ki, 2020-ci ildə də bu danışıqlar uğurlar davam etdiriləcək və tərəflər arasında hər hansı gərginlik olmayacaq".

1988-ci ildə Ermənistan Azərbaycana qarşı ərazi iddialarına başladı. Bir müddət sonra isə Ermənistan tərəfindən Azərbaycan ərazilərinə hərbi təcavüz başlandı. Dağlıq Qarabağ və ətraf 7 rayon - Azərbaycan ərazisinin 20 faizi - Ermənistan silahlı qüvvələri tərəfindən işğal olundu. Bu işğal faktı hələ də davam edir.

1994-cü ilin mayında tərəflər atəşkəs rejiminə nail olublar. O dövrdən bu günə kimi ATƏT-in Minsk qrupunun himayəsində - Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə nəticəsiz sülh danışıqları davam edir. İşğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsi haqqında BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamə isə Ermənistan tərəfindən bu günədək icra olunmayıb.


Etiketlər:  Fransa səfiri Ümid edirik Azərbaycanla Ermənistan arasında hər hansı gərginlik olmayacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ