Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Mart 2020 15:22
İspaniyanın “Xetafe” klubu Avropa Liqasının 1/8 final mərhələsinin “İnter”lə ilk matçı üçün İtaliyaya getməmək qərarına gəlib.
Qol.az xəbər verir ki, bunu klub prezidenti Anxel Torres İspaniya mətbuatına açıqlamasında deyib. O, İtaliyada koronavirus epidemiyasının geniş yayıldığı üçün komandanı riskə atmaq isdəmədiyini bildirib. Klub rəhbəri texniki məğlubiyyətə də razıdır:
“Vəziyyət kəskin dəyişməsə, “Xetafe” İtaliyaya getməyəcək. Bununla bağlı UEFA-ya və İspaniya Futbol Federasiyasına müraciət etmişik. Koronavirusun episentrinə getmək istəmirik. Federasiyaya müraciət etmişik ki, bizi cəzadan yayındırsınlar.
Texniki məğlubiyyət versələr də, qoy, versinlər. Mən riskə getməyə hazırlaşmıram. İstəmədiyim yerə getməyəcəyəm. “İnter”in nümayəndələri də oraya getməyimizin yolverilməz olduğunu başa düşdülər”.
Qeyd edək ki, sabah keçirilməsi nəzərdə tutulan “İnter” – “Xetafe” matçının azarkeşsiz oynanılmasına qərar verilib.