Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Mart 2020 15:45
Küçədə gedərkən heç bir xanımın üzünə baxmıram.
Sonxeber.net xəbər verir ki, bunu gənc ifaçı Orxan Babazadə "Şou ATV"nin efirində deyib.
Orxan bunun səbəbini belə izah edib:
"Mənə qarşı edilən bəzi səhvlərə görə uzaqdan gələndə insanların mənə qarşı olan nifrətlərini hiss edirəm. Məni gözü götürməməklərindən belə edirlər. Üst-üstə yığılır və istər-istəməz uzaqlaşıram insanlardan. Ətrafımda 2-3 dostum var ki, onlarla da həftə bir, ya iki dəfə görüşərəm, yoxsa yox. Ətrafımda xanım dostum yoxdur, ola da bilməz. Xanımları yaxınıma buraxmıram. İnanıb yaxın buraxdığım xanımlar olub ki, sonra çox yanıldığımı görmüşəm. Bəlkə də ondandır".
Xatırladaq ki, Orxanın atası şou əhlinin də yaxından tanıdığı Baba adlı məşhur iş adamıdır.
Məhəmməd Vaqif