Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Mart 2020 16:27
Azərbaycan Respublikasında rəsmi səfərdə olan Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov martın 11-də Fəxri xiyabanda xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
Sonxeber.net AZƏRTAC-a istinadən xəbər verir ki, ali qonaq görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini anıb, məzarı üzərinə tər çiçəklər düzüb.
XXX
Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Şəhidlər xiyabanını da ziyarət edib.
Burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident Qurbanqulu Berdiməhəmmədov Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyub.
Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Türkmənistanın və Azərbaycanın dövlət himnləri səslənib.
Azərbaycan paytaxtının mənzərəsini seyr edən Türkmənistan Prezidentinə Şəhidlər xiyabanının tarixi və paytaxtda görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.