Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 May 2019 17:27
Bakı. Xeyrəddin Nəsirzadə - Trend:
Əfqanıstan Azərbaycandan neft məhsullarının idxalının artırılmasında maraqlıdır.
Trend-in məlumatına görə, bunu Əfqanıstan İslam Respublikasının Ticarət və sənaye naziri Acmal Əhmədi SOCAR prezidenti Rövnəq Abdullayevlə görüşdə deyib.
Xatırladaq ki, SOCAR artıq Əfqanıstana dizel, kerosin, maye butan ixrac edir.
Qeyd edək ki, SOCAR hazırda satış, nəql və ticarət əməliyyatlarını dünyanın 40-dan artıq ölkəsində, 100-dən artıq satış məntəqəsində həyata keçirir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin